İsrailin girovlar müqabilində azad etdiyi fələstinli məhbusların növbəti qrupu ailələri ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Keçmiş məhbuslar Qırmızı Xaç Komitəsinə məxsus avtomobil karvanı ilə Ramallaha gətirilib. Onlar ailələri tərəfindən coşqu ilə qarşılanıb.
Xatırladaq ki, atəşkəs razılaşmasına əsasən, ikinci dəfə baş tutan mübadilə zamanı HƏMAS bu gün dörd israilli girovu, İsrail tərəfi isə 200 fələstinli məhbusu azad edib.

Əliyar Xəlil
Globalinfo.az