Fəlakət yaxınlaşır, səfərbərlik elan edilsin! – Abovyandan çağırış

Fəlakət yaxınlaşır, səfərbərlik elan edilsin! – Abovyandan çağırış

Azərbaycan bütün Ermənistan sərhədi boyunca güclənir.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistan parlamentinin eks-deputatı Arman Abovyan çıxış edib.

O, guya Azərbaycanın bu istiqamətlərdə Ermənistan daxilinə zərbə endirilməsinə hazırlıq üçün minibazalar qurduğunu iddia edib.

Abovyan Paşinyan hakimiyyətinin məhz buna görə qorxuya düşdüyünü söyləyib:

“Hakimiyyət yaxınlaşan fəlakət qarşılığında nə edir? Səfərbərlik elan edirmi? Yox. Təcili silah alırmı? Yox. Əhalini yeni eskalasiyaya hazırlıq üçün informasiya siyasəti aparırmı? Yox, əksinə özünün dezertirlər, 5-ci kolon, satqınlar bəyanatları ilə hər şeyi edir ki, insanların Azərbaycana qarşı müqavimətini qırsın. Paşinyan hakimiyyəti müttəfiqlərlə qarşılıqlı fəaliyyət üçün işlənmiş bütün prinsipləri aktiv formada məhv edir. Yəni Ermənistan hakimiyyəti bizi müqavimətə yox, məğlubiyyətə hazırlayır”.

Qeyd edək ki, rəsmi Bakı heç bir ölkənin torpağında gözü olmadığını daha əvvəl dəfələrlə bəyan edib və sülh prosesinə sadiq qaldığını açıqlayıb.

İlkin Həsənov
Globalinfo.az