“Etibar Məmmədov tarixləri qarışdırdı”: 1989-cu ildə nə baş vermişdi? – VİDEO

"Etibar Məmmədov tarixləri qarışdırdı": 1989-cu ildə nə baş vermişdi? - VİDEO

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu və lideri Etibar Məmmədov Modern.az saytına son müsahibəsində səsləndirdiyi fikirlər diqqət çəkib. Belə ki, o, 1991-ci ilin avqustunda Xalq Cəbhəsinin birinci qurultayı ərəfəsində Azərbaycanın mərhum Prezidenti, AXC sədri Əbülfəz Elçibəyin və Müsavat başqanı İsa Qəmbərin müstəqil dövlətin yaradılması təklifini Xalq Cəbhəsinin proqramına salınmasının əleyhinə olduqları üçün təşkilatdan ayrıldığını qeyd edib.

E.Məmmədovun bu iddiasının nə dərəcədə gerçək olub-olmadığını dəqiqləşdirməyə çalışdıq.

Globalinfo.az-ın müxbiri AXP sədri, AXC İcraiyyə Komitəsinin o vaxtlar sədri olmuş Pənah Hüseynlə danışıb. P.Hüseyn saytımıza deyib ki, birinci qurultay ərəfəsində müstəqillik məsələsi ətrafında heç bir fikir ayrılığı olmayıb:

"Etibar Məmmədov tarixləri qarışdırdı": 1989-cu ildə nə baş vermişdi? - VİDEO

Pənah Hüseyn

“1990-cı ilin fevral ayında Xalq Cəbhəsinin Məclisi SSRİ-dən ayrılma haqqında qərar qəbul edib, proqrama salmışdı. Etibar bəy 1989-cu ildə baş tutan iclasla 1991-ci ili qarışdırır. Sənədlər var bununla bağlı. 1989-cu ilin təsis konfransında proqramla bağlı qısa çıxışlar olmuşdu. Müstəqillik, suverenlik termini ətrafında diskussiya getmişdi. 1991-ci ildə belə bir məsələ olmayıb. Etibar Məmmədov prosesləri qarışdırıb”.

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı E.Məmmədovun sözügedən fikirlərinə özünün Feysbuk hesabında belə cavab verib:

“Etibar Məmmədov deyib ki, guya Xalq Cəbhəsi ilə fikir ayrılığı Azərbaycanın müstəqillik məsələsi ilə bağlı olub.

"Etibar Məmmədov tarixləri qarışdırdı": 1989-cu ildə nə baş vermişdi? - VİDEO

Arif Hacılı

Görüntüdə 22 yanvar, şəhidlərimizin dəfnindən sonra ölkədə keçirilən ilk mitinqlərdən biridir.

Burada AXC nin müstəqilliklə bağlı ümumi mövqeyi ifadə edilib.

Yəni Etibar Məmmədov AXC dən ayrılanda suverenlik məsələsi artıq keçilmiş mərhələ idi.

Etibar Məmmədov AXC-ni bundan azı il yarım sonra – 1991-ci ildə, bu təşkilatla bağlı planları baş tutmadıqda tərk edib”.

Həmin görüntünü təqdim edirik:

Safura Bənnayeva
Globalinfo.az