Ermənistanın müdafiə naziri buna görə cərimələndi

Ermənistanın müdafiə naziri buna görə cərimələndi

Ermənistanın müdafiə naziri cərimələnib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Pastinfo” nəşri məlumat paylaşıb.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyası müdafiə naziri Suren Papikyanı “Mülki Müqavilə” partiyasının idarə heyətinin rəhbəri vəzifəsində işləyərkən törətdiyi inzibati xəta ilə əlaqədar cərimələyib.

Qeyd olunur ki, 2022-ci ildə Papikyan bütün partiya ödənişlərinin bank köçürməsi ilə edilməsi tələbinə əməl etməyib.

Buna görə də, müdafiə naziri 100 min dram (təxminən 260 dollar ) cərimə olunub.

Müşviq Tofiqoğlu
Globalinfo.az