Qarabağla bağlı bu formul da var idi – Paşinyan ilk dəfə açıqladı

Qarabağla bağlı bu formul da var idi - Paşinyan ilk dəfə açıqladı

***19.12.2023  23:25

“Ermənistan hökuməti Qarabağdan ermənilərin çıxmasının qarşısını almaq üçün hər şeyi etdi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai televiziyasına müsahibəsində deyib.

Baş nazir bəzi qüvvələrin İrəvanda hakimiyyət çevrilişi üçün çağırış etdiyini bildirib:

“Problemin Qarabağda erməni əhalinin sayının azaldılması ilə həll oluna biləcəyini düşünənlər vardı. Başqa ölkələrdən Ermənistanda iqtidarın dəyişdirilməsi üçün çağırışlar edilirdi. Məsələnin kuliminasiya nöqtəsi budur. Həmin çağırışları edənlər düşünürdülər ki, məsələ ermənilərin Qarabağdan çıxması ilə bitdi, indi sıra Ermənistanda hakimiyyət məsələsinin həllidir. Nəticədə burada “Ermənistanın mövcudluğu artıq mənasızdır” deyən bir hökumət qurulmalı idi”.

Ayşən Mustafa
Globalinfo.az