Ermənistanda yeni qoşun növləri yaradıldı

Ermənistanda yeni qoşun növləri yaradıldı

“2024-cü il Ermənistan Silahlı Qüvvələri üçün məhsuldar il oldu”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan jurnalistlərə açıqlamasında deyib.

O, yeni qoşun növlərinin yaradıldığını açıqlayıb:

“Ordunun peşəkarlığının artırılması üçün “Vətən müdafiəçisi” proqramının çox mühüm əhəmiyyəti oldu. Ərazi Müdafiə Qoşunları və Xüsusi Təyinatlı Qüvvəllər kimi yeni qoşun növləri yaradıldı. Həmçinin pilotsuz uçuş aparatları ilə bağlı departament də yaradılıb ki, gələcəkdə bunlardan sərhəd qoşunlarının koordinasiyasında istifadə olunacaq”.

Əliyar Xəlil
Globalinfo.az