Ermənistanda türk sürücüyə qarşı əxlaqsızlıq – Video

Ermənistanda türk sürücüyə qarşı əxlaqsızlıq - Video

Türkiyəli TIR sürücüsü Ermənistanda, İrəvanın Azadlıq küçəsində (“Agora” Ticarət Mərkəzinin yaxınlığında) bir erməni sürücünün ona necə mane olmasını əks etdirən görüntülər paylaşıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda türk sürücünün qarşısını kəsən, müxtəlif üsullarla ona maneə yaradan erməni maşının hərəkətləri əks olunub.

Türk sürücü Ermənistanda hər an təhdidlərlə üz-üzə olduqlarını videoda da qeyd edir və bildirir ki, bütün bunlar TIR-ın arxasında Türkiyə bayrağının olmasına görədir.