Ermənistanda qızıl medal alan türkiyəli atlet qələbəsini Azərbaycana həsr etdi – VİDEO

Ermənistanda qızıl medal alan türkiyəli atlet qələbəsini Azərbaycana həsr etdi - VİDEO

İrəvənda keçirilən Avropa Ağır Atletika Çempionatında qadınlar arasında 45 kiloda mübarizə aparan türkiyəli Cansu Bektaş qızıl medal qazanıb.

Globalinfo.az xəbər verir ki, C.Bektaş birdən qaldırmada 72 kiloqramlıq qaldırma ilə yeniyetmələr arasında Avropa rekordunu qıraraq Avropa çempionu olub.

İdmançı medalını azərbaycanlı həmkarlarına həsr etdiyini, onları dəstəklədiyini bildirib.

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu idmançını bu uğuru münasibətilə təbrik edib.

Həmin videonu təqdim edirik:

Zaira Akifqızı
Globalinfo.az