Ermənistanda zəncirvari qəza baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, hadisə 27 avtomobilin iştirakı ilə İrəvan-Gümrü avtomobil yolunda baş verib.
Qəzaya səbəb kimi yolların buz bağlaması və qatı duman göstərilir.
Hadisə nəticəsində ölən və xəsarət alanların olub-olmadığı haqda məlumat verilmir.
Müşviq Tofiqoğlu
Globalinfo.az














