Ermənistan XİN-dən təxribat ANONSU: “İki seçimimiz var, payıza qədər…” – VİDEO

Ermənistan XİN-dən təxribat ANONSU: "İki seçimimiz var, payıza qədər..." - VİDEO

“Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, COP29  başa çatdıqdan sonra ölkəmizdə təhlükəsizliklə bağlı problemlər ola bilər”.

Globalinfo.az xəbər verir ki, bunu “Respublika” partiyasının sədri Aram Sərkisyan deyib.

A.Sərkisyan İrəvanın sadəcə iki variantla təxribat ehtimalının qarşısını ala biləcəyini qeyd edib:

“Deyirlər ki, payızda demarkasiya olunmuş ərazilərdə təxribat baş verə bilər. Bundan qaçmaq üçün Ermənistanın iki seçimi var. Birincisi, payıza qədər Avropa İttifaqına üzvlüklə bağlı ölkədə referendum keçirəcəyik. Səs çoxluğu ilə Aİ-yə ərizə verir və Avrasiya İqtisadi İttifaqından çıxırıq. İkincisi, biz KTMT-dən çıxıb, Gücrüstan kimi ABŞ-la razılaşma imzalayırıq. Bütün hallarda Azərbaycanla silahlı qarşıdurmanın yaşanması bizim Rusiyanın orbitinə qaytımağımız deməkdir. Rəsmi Bakının belə bir planının olduğunu düşünmürəm. Bizim Aİİ və KTMT-nin tərkibinda ola-ola neytral mövqe tutmağımız da mümkün deyil. Nəzərə alın ki, Gürcüstanda və Azərbaycanda Rusiya bazaları yoxdur. Amma onlar da Moskvadan ən azı bizim qədər faydalanırlar”.

Ətraflı videoda:

Ayşən Mustafa
Globalinfo.az