“Ermənistan Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirmək istəyir”.
Globalinfo.az xəbər verir ki, bunu hakim “Mülki Müqavilə” partiyasından olan deputat, parlamentin xarici əlaqələr daimi komissiyasının sədri Sarkis Xandanyan deyib.
“Hesab edirəm ki, bu, İrəvana siyasi dəstək baxımından çox mühüm siqnaldır. Ermənistan hazırda Avropaya doğru irəliləyir. Qətiyyətlə deyə bilərəm ki, Ermənistan Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirmək niyyətindədir. Aİ isə bir birlik və ayrı-ayrı üzv dövlətlər səviyyəsində bu siqnala müsbət cavab verir. Ümid edirəm ki, bu əlaqələr daha da dərinləşəcək. Xüsusilə, Ermənistan və Aİ arasında hazırda danışıqların davam etdiyi yeni tərəfdaşlıq gündəliyinin imzalanması baş tutacaq. Bu günlərdə biz Avropa Monitorinq Missiyasının mandatının uzadılması barədə də məlumat alacağıq”, – deyə Xandanyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az