İrəvanın yeni təxribat planı – “Ağır nəticələri olacaq…”

İrəvanın yeni təxribat planı - "Ağır nəticələri olacaq..."

“Ermənistanın baş naziri Nikol Paşinyan Cənubi Qafqazda yeni siyasi ssenari ortaya qoyub. Bu ssenari Parisdə hazırlanıb və məqsəd regionda Fransanın dominantlığı altında yeni nizama nail olmaqdır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Paşinyan İtaliya mətbuatına müsahibəsində anti-Rusiya mövqeyi sərgiləyərək, onun regiondan çıxacağı mesajını verib:

“Nikol Qərbi regiona gətirməklə bir neçə məqsədə nail olmağı planlaşdırır:

Birincisi, Azərbaycana qarşı yeni təzyiq formalaşdıraraq Laçın yolunu tam açmaq, Qarabağda separatizmi inkişaf etdirmək.

İkincisi, Rusiyanı Cənubi Qafqazdan çıxarmaq.

Üçüncüsü, Türkiyənin artan geosiyasi mövqeyinin qarşısını almaq.

Paşinyan Qərbin regionda “etibarlı” müttəfiqi roluna girib və geosiyasi nizamı dəyişməyə çalışır. Ona görə də 2 sentyabrda verdiyi açıqlamada Qarabağda ermənilərin “təhlükəsizliyi” təmin edilməsə, buranın Azərbaycan daxilində ərazi vahidliyinin qəbul edilməyəcəyi mesajını verdi. Bu, Paşinyanın artıq yeni bir siyasi “mərhələyə” başlanmasını göstərir”.

Politoloq qeyd edib ki, İran vasitəsilə Ermənistana silahların daşınması, Fransanın da birbaşa siyasi-hərbi dəstəyi Paşinyanın İkinci Qarabağ müharibəsindən sonra formalaşmış nizamı pozmağa çalışdığını göstərir:

“Türkiyə Ermənistanın cənub sərhədində yeni təxribat planından xəbərdardır. Fransanın və İranın Ermənistanın əli ilə yaratmaq istədiyi yeni nizamın İrəvan üçün ağır nəticələri olacaq. Yeni hərbi məğlubiyyət fonunda erməni xalqı uğursuzluğu Paşinyana bağışlamayacaq”.

Turan Rzayev
Globalinfo.az