Ermənistan qorxu içində: “ASALA” Paşinyanı təhdid etdi – Müəmmalı VİDEO

Ermənistan qorxu içində: "ASALA" Paşinyanı təhdid etdi – Müəmmalı VİDEO

Erməni terror qruplaşması ASALA-nın İrəvan hakimiyyətini təhdid etdiyinə dair görüntülər yayılıb.

Globalinfo.az xəbər verir ki, videoda Ermənistan və keçmiş qondarma rejimin “bayrağı” qarşısında dayanan 3 maskalı şəxsin Paşinyan hakimiyyətini təhdid etdiyi əks olunur.

Görüntülərdə İrəvanda hakimiyyət çevrilişinin ediləcəyinə dair fikirlər səsləndirilir. Videonun ASALA qruplaşmasına aid olduğu iddia edilsə də, terror təşkilatı daha sonra açıqlama yayaraq bunun saxta olduğunu bildirdi.

Terror təşkilatının açıqlamasında videonun özlərinə aid olmadığı, Ermənistanın hazırda çətin günlərdən keçdiyi və bunu başa düşdükləri bildirilir.

Ola bilsin, bu video gerçəkdən ASALA-ya məxsusdur. Mümkündür ki, müraciət yayıldıqdan sonra bəzi mərkəzlərin təzyiqi ilə qruplaşma təkzib verməyə məcbur olsun.

Əliyar Xəlil
Globalinfo.az