Ermənistan qan çanağına dönür: gizli görüşdə qərar – Gücdən istifadənin anonsu verildi

Ermənistanda ultrasağçı Milli Demokratik Qütb Partiyasının liderləri Paşinyana qarşı etirazlara rəhbərlik edən keşiş Baqrat Qalstanyanla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat partiyanın Feysbuk səhifəsində paylaşılıb.

Görüşdə partiyadan Ara Papyan, Qaregin Çuqasyan, Jirayr Sefilyan iştirak edib. Tərəflər bundan sonrakı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Milli Demokratik Qütb Partiyası “Sasna Çrer” terror təşkilatının xələfi sayılır. Partiyaya rəhbərlik edənlər anti-Rusiya, antitürk mövqeyi ilə seçilir və ifrat millətçilər kimi tanınırlar. Bununla belə, partiyanın digər ifrat millətçi Daşnaksütyun Partiyası ilə münasibətləri çox pisdir. Halbuki məhz Daşnaksütyun Baqrat etirazlarının əsasını təşkil edir.

Mətbuatda Milli Demokratik Qütbün zaman-zaman Paşinyan administrasiyası ilə gizli əməkdaşlıq etdiyinə dair informasiyalar yer alıb, lakin bu iddialar heç vaxt sübut olunmayıb. Sefilyan və digərləri isə bu iddiaları qəti təkzib edirlər.

B.Qalstanyan parlament önündə etirazçılara qarşı güc tətbiqindən sonra açıqlama verərək Ermənistandakı etirazların başqa formata keçdiyini və hər kəsin öz mövqeyini bəlli etməsi gərəkdiyini, əks təqdirdə peşman olacaqlarını bildirmişdi. Baqrat bu təhdidinin arxasında hansı məqsədin yatdığı hələlik açıqlanmayıb. Keşişin belə çıxışı fonunda isə Ermənistanda Daşnaksütyun Partiyasında həbslərə start verilib, eləcə də Paşinyan Qarabağdan olan keçmiş separatçı liderlərə xəbərdarlıq edib. Diqqətçəkən məqam Milli Demokratik Qütbün öz çıxışlarında Ermənistanda çevriliş üçün terror və güc vasitələrindən istifadəni istisna etməməsidir.

Əliyar Xəlil
Globalinfo.az