Ermənistan polisi təslim oldu – Yol açıldı

İrəvan polisi nümayişçilərin təzyiqi altında təslim olub və yolu açmaq məcburiyyətində qalıb.

Globalinfo.az xəbər verir ki, arxiyepiskop Baqrat Qalstanyanla uzun müzakirələrdən sonra polis sonda yürüş iştirakçılarının təzyiqinə “boyun əyib”.

Arxiyepiskop Baqrat Qalstanyan hazırda tərəfdarları ilə “Surb Anna” kilsəsinə doğru gedir.

Qeyd edək ki, daha öncə yürüş iştirakçıları Şimal prospektində uzun müddət gözləməli olub. Burada arxiyepiskop yolun açılması üçün polislə mübahisə edib.

“Siz təxribat yaradırsınız. Bu qədər polisin burada olması artıq təxribatdır”, – deyə Qalstanyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az