Ermənistan ordusunda bir gündə iki hərbçinin ölməsi məsələsinə aydınlıq gətirilib.
Globalinfo.az xəbər verir ki, ölkənin müdafiə nazirinin müavini Arman Sərkisyan Basarkeçərdə yerləşən postların birində leytenant Mikael Danielyanın qumar borcuna görə qətlə yetirildiyinin ehtimal olunduğunu bildirib.
A.Sərkisyan həm qətl, həm də intihar hadisəsi ilə bağlı araşdırma aparıldığını deyib:
Qeyd edək ki, leytenant Mikael Danielyan Basakeçər rayonunda yerləşən postlardan birində hərbçi yoldaşı tərəfindən güllələnərək öldürülb. Onun cəsədi bir müddət sonra tapılıb. Digər əsgər Karan Karapetyan isə ona təhkim olunmuş silahdan atəş açaraq intihar edib. Bir gündə ard-arda iki hərbçinin ölümü ölkədə narazılığa səbəb olub.
Əliyar Xəlil
Globalinfo.az














