Ermənistanın Baş naziri Nikol Paşinyan Armen Abazyanı yenidən Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru vəzifəsinə təyin edib.
Globalinfo.az xəbər verir ki, baş nazir bu barədə qərar imzalayıb.
Belə ki, noyabrın 30-da Ermənistan hökumətinin iclasında qəbul edilən qərara əsasən, bundan sonra direktoru və müavinlər prezident tərəfindən deyil, baş nazir tərəfindən vəzifəyə təyin və azad ediləcək.
***
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan vəzifəsindən azad edilib.
Globalinfo.az xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçatryan bu barədə sərəncam imzalayıb.
A.Abazyan 2020-ci ilin noyabrın 8-də (Şuşa şəhəri azad edilən gün – red.) bu vəzifəyə təyin edilib.
Qeyd edək ki, bir müddət öncə Ermənistan MTX-yə Nikol Paşinyan və Qərb dairələrinə yaxın olan ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın təyin ediləcəyi iddia olunurdu.
Ayşən Mustafa
Globalinfo.az













