Rusiyadan İrəvana ikibaşlı KTMT mesajı

Rusiyadan İrəvana ikibaşlı KTMT mesajı

“Ermənistanın maliyyələşməni dayandırması KTMT üçün faciəvi deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib.

Rusiya XİN rəsmisi İrəvanın ümumilikdə təşkilatı tərk etmədiyini bildirib:

“KTMT-nin mövcudluğu dövründə belə hallar olub. Məsələn, ölkələr öz dəstəklərini bir qədər gecikdirib, yaxud hissə-hissə ödəyiblər. Ermənistanın KTMT-yə qarşı hərbi-siyasi nöqteyi-nəzərdən mövqeyi onun milli maraqları, eləcə də ölkənin təhlükəsizlik imkanları əsasında müəyyən ediləcək. İrəvanın təşkilatda etibarlı müttəfiqləri var. Rusiya Ermənistanın təşkilatda iştirakını yenidən bərpa edəcəyinə ümid bəsləyir”.

Ayşən Mustafa
Globalinfo.az