Azərbaycanla delimitasiya və demarkasiya prosesi dondurulmayıb.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın vitse-spikeri Akop Arşakyan deyib.
O, iki ölkə arasında delimitasiya və demarkasiya prosesinin qaydasında getdiyini bildirib:
“Delimitasiya prosesinin mahiyyəti odur ki, Ermənistana məxsus ərazilər (?) Ermənistana, Azərbaycana məxsus olanlar isə Azərbaycana qaytarılsın. Bundan artıq heç nə deyə bilmərəm, çünki prosesin irəli aparılmasına uyğun olmaya bilər”.
Əliyar Xəlil
Globalinfo.az














