Ermənilər sülhməramlıları işğalçı adlandırdı – Gərginlik

Ermənilər sülhməramlıları işğalçı adlandırdı – Gərginlik

Separatçıların “inqilab” partiyasının sədri Artur Osipyan sülhməramlıların komandanlığına ünvanlanmış məktuba münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında bildirib.
Sülhməramlılara müraciət etsələr də, mənfi cavab aldıqlarını qeyd edən A.Osipyan Rusiyadan izahat tələb edib:

“Qoy rusiyalılar izah etdinlər ki, Laçın dəhlizi ilə dinc hərəkət edən bir maşınla 10 maşın arasında nə fərq var.
Biz gördük ki, rusiyalılar öz öhdəliklərini yerinə yetirməkdən imtina edirlər. Çox güclü şübhələr var ki, onlar azərbaycanlılarla birlikdə bizi bloklayıblar. Bunlar sülhməramlı deyil, işğalçı qoşunlardır”.

Qeyd edək ki, Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətində təxribata hazırlaşan ermənilər avtomobil karvanına sülhməramlıların müraciət etməsi üçün müraciət ediblər. Rədd cavabı alan ermənilər Rusiya sülhməramlılarına qarşı kəskin qəzəb ifadə etməyə başlayıblar.