Ermənilər Sərsəngdən sonra buranı da məhv edirlər

Ermənilər Sərsəngdən sonra buranı da məhv edirlər

Göyçə gölündə suyun səviyyəsi azalmağa davam edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Belə ki, tarixi Azərbaycan torpaqlarında yerləşən göl uzun illərdir ermənilər tərəfindən plansız şəkildə istismar olunur. Nəticədə gölün səviyyəsində azalma müşahidə edilir.

Məlumata görə, sentyabrın 4-dən 10-na qədər Göyçə gölünün səviyyəsi 2 santimetr azalıb.

Qeyd edilib ki, göldə suyun cari səviyyəsi keçən ilin analoji dövrü ilə müqayisədə 15 santimetr aşağı olub.

Xatırladaq ki, Sərsəng su anbarı da qurumaq üzrədir.

Tamerlan Yayaqan

Globalinfo.az