Ermənilər bu istiqamətlərdə təxribata hazırlaşır – TƏFƏRRÜAT

Ermənilər bu istiqamətlərdə təxribata hazırlaşır - TƏFƏRRÜAT

“Ermənistanın müdafiə naziri Suren Papikyan yunan Kiprinə səfərini ləğv edib, buna səbəb kimi Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsini göstərib. Bu, Ermənistanın sərhəd boyunca genişmiqyaslı təxribatlara hazırlaşdığı ehtimalını daha da gücləndirən məqamdır”.

Globalinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

 

O qeyd edib ki, mümkün təxribatlar 4 istiqamətdə ola bilər:

Ermənilər bu istiqamətlərdə təxribata hazırlaşır - TƏFƏRRÜAT

“Kəlbəcər: Ermənistan 2021-ci ildən başlayaraq, Gorusun Xəzinəvar kəndindən Kəlbəcərin Söyüdlü kəndinə qədər olan sərhəd xəttində daha üstün mövqelərə nail olmağa can atır;

Sədərək: Arazdəyəndə ABŞ investisiya ilə zavod inşa edən İrəvanın bu istiqamətdə baş verəcək eskalasiyada Vaşinqtonun reaksiyasına nail olmaq planı var;

Laçın: beynəlxalq diqqəti Laçın yoluna cəlb etmək, Azərbaycanı təcavükzar kimi göstərərək, Bakıya qarşı təzyiqləri gücləndirmək istəyə bilərlər; Qaragöl ətrafında mövqelərini gücləndirmək, ordumuzun geri çəkilməsinə nail olmaq planları da əvvəldən var;

Zəngilan: bu, Zəngəzur dəhlizini arxa plana keçirmək, Azərbaycanın dəhlizlə bağlı öz ərazisində həyata keçirdiyi işləri axsatmaq məqsədi daşıyır; bununla Zəngəzurdan dəhliz verməyəcəklərini göstərmək, eləcə də İranı bu və ya digər formada prosesə qoşmaqla Bakı-Tehran xəttində çatları dərinləşdirmək, öz cəbhəsini gücləndirmək planları da var”.