Paşinyanın ABŞ səfərində biabırçılıq: Görünməmiş haldır! – Xaçikyan

WhatsApp Image 2025 02 13 at 22.16.50 1

“Ermənistan nə ABŞ-ın gündəmindədir, nə də Avropanın”.

Globalinfo.az xəbər verir ki, bu sözləri erməni politoloq Artur Xaçikyan deyib.

“Baş nazir Nikol Paşinyanın Vaşinqtona səfəri göstərdi ki, bizim ölkədə diplomatiyadan söhbət gedə bilməz. ABŞ-da bir media qurumu – nə “The Washington Post”, nə “The New York Times” – bu səfəri işıqlandırdı, heç onlayn mediada da yer almadı. Kimsə qarşılamadı, heç bir mətbuat konfransı keçirilmədi, protokol foto çəkilmədi. Biabırçı bir görüş təşkil edildi – sektantların iclası – amma orada da Paşinyan ölkə lideri kimi təqdim edilmədi. Bu, görünməmiş haldır. Daha əvvəl bənzər hadisənin yaşandığını xatırlamıram”, – deyə politoloq qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az