Erməni nazirin çıxışı İrəvanı qorxudur: Tonoyan müharibə ilə bağlı nə danışacaq?

Erməni nazirin çıxışı İrəvanı qorxudur: Tonoyan müharibə ilə bağlı nə danışacaq?

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibə ilə bağlı komissiyanın iclasının qapalı rejimdə baş tutamasına dair təklifləri rədd edib. 

Globalinfo.az xəbər verir ki, keçmiş nazir əvvəl ifadə verməyə razı olmasa da, baş nazir Nikol Paşinyanın açıqlamalarından sonra özünün də çıxış etmək istədəyini bildirmişdi.

O, öncə çıxış edəndə Paşinyanın da komissiyada olması və iclasın mətbuata açıq keçirilməsi, canlı yayımlanması şərtləri ilə ifadə verəcəyini demişdi. Daha sonra Komissiyanın sədri Andranik Köçəryan iclasın qapalı, ya da açıq olmasına Tonoyanla müzakirədən sonra qərar veriləcəyini açıqladı. Keçmiş nazirin fikrini dəyişdirməsi Ermənistan ictimaiyyətində müzakirələrə səbəb olub. Tonoyan dərhal açıqlama yayaraq bu təklifi rədd etdiyini, komissiyanın iclasının açıq keçirilməli olduğunu bildirib. Keçmiş nazir ancaq irəli sürdüyü şərtlərə əsasən çıxış edəcəyini deyib.

Tonoyanın vacib məqamlara toxunacağı və 44 günlük müharibə ilə bağlı mühüm informasiyaları açıqlayacağı iddia edilir. Onun Paşinyanın da iştirak etməsi ilə bağlı tələbi iclas zamanı müəyyən çəkişmələrin olacağı ilə bağlı iddiaları ortaya atıb. Həbsdə olan keçmiş nazirin qapalı iclasda nə danışacağı maraqla gözlənilir.

Ayşən Mustafa
Globalinfo.az