Erməni lobbisi hərəkətə keçdi: ABŞ-da Qarabağ haqda sənəd hazırlanır

Erməni lobbisi hərəkətə keçdi: ABŞ-da Qarabağ haqda sənəd hazırlanır

Azərbaycanın Laçında sərhəd keçid məntəqəsi quraşdırmasından sonra ABŞ-dakı erməni lobbisi hərəkətə keçib.

Globalinfo.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatasındakı erməni lobbisi Qarabağın müstəqilliyinin tanınması ilə bağlı sabah qanun layihəsi təqdim etməyə hazırlaşır.

Qanun layihəsinin müəllifinin amerikalı demokrat konqresmen Adam Şif olduğu bəlli olub. O bu layihənin qəbul ediləcəyi təqdirdə ABŞ-ın Qarabağdakı ermənilərin öz müqəddəratını təyinatını dəstəkləmiş olacağını bildirib. Şif həmçinin Bakıya son addımı ilə bağlı təzyiqlərin artırılması gərəkdiyini və bunun üçün bütün konqresmenlərlə ortaq fəaliyyət aparmağa çalışacağını deyib.

Qeyd edək ki, Şif erməni lobbisinin ən fəal üzvü sayılır. O, Konqresdə lobbinin fəaliyyətini gerçəkləşdirməklə yanaşı, Bayden administrasiyasında da yaxşı əlaqələrə sahibdir.

İlkin Həsənov
Globalinfo.az