Erməni keşiş Paşinyanın yolunu kəsdi: Sabah nə baş verəcək?

“Vətən naminə Tavuş” hərəkatının üzvləri “Sardarapat” xatirə kompleksinə gələrək orada çadırlar qurublar.

Globalinfo.az xəbər verir ki, arxiyepiskop Baqratın başçılıq etdiyi müxalifətçilər sabah Sardarapatda Paşinyanla görüşmək niyyətindədirlər.

Fəallardan birinin verdiyi məlumata görə, hərəkat tərəfdarları avtomobillərini xatirə kompleksinin ərazisində saxlayaraq hökumət nümayəndələrinin yolunu kəsiblər.

Qeyd edək ki, sabah Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi dövlət rəsmilərinin tədbirlərdə iştirak etmək üçün Sərdarapata gəlməsi planlaşdırılır.

Müşviq Tofiqoğlu
Globalinfo.az