Erməni keşiş buna görə uğur qazana bilmir – Adjapaxyan səbəbləri açıqladı

Erməni keşiş buna görə uğur qazana bilmir - Adjapaxyan səbəbləri açıqladı

“Qalstanyanın uğursuzluğuna əsas səbəb Ermənistanın keçmiş prezidentlərinin kölgəsi və ruhudur”.

Globalinfo.az xəbər verir ki, bunu Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının Primatı Mikayel Adjapaxyan deyib.

“Arxiyepiskop Baqrat özünü bu ruhlardan azad edə bilmir. Vətənin qurtuluşu bunu tələb edir. Əgər onlar bunu etmirlərsə, deməli vətənlərini xilas etməyi deyil, hakimiyyətə qayıtmağı düşünürlər. Həm ikinci, həm də üçüncü prezidentlər siyasi səhnəni tərk etməlidirlər. İkinci prezident də, oğlu da faktiki olaraq siyasi səhnədən getməlidir. Eyni şey üçüncü prezidentə də aiddir. Əks halda heç nə mümkün olmayacaq. Çünki onların buraxdıqları səhvlərə görə xalqın böyük əksəriyyəti həmin insanların adını eşitmək istəmir. Bunu başa düşməlidirlər. Arxiyepiskop Baqratda elə təəssürat yaratmağa çalışırlar ki, sanki onlarsız heç nə mümkün deyil və bütün resurslar həmin sabiq prezidentlərin əlində cəmləşib. Hərçənd, əminəm ki, keçmiş prezidentlər siyasi arenadan getsələr, mübarizə mütləq davam edəcək. Arxiyepiskop Baqrat Qalstanyanın bunu dərk etməməsi təəccüblüdür”, – deyə Adjapaxyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az