Ermənistan mediası: “Baş nazir müavinlərinin növbəti görüşü Brüsseldə keçiriləcək”

Ermənistan mediası: “Baş nazir müavinlərinin növbəti görüşü Brüsseldə keçiriləcək”

Ermənistan mediasının yaydığı xəbərə görə, Azərbaycan və Ermənistanın baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın üçüncü görüşü Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.

Globalinfo.az-ın məlumatına görə, Ermənistan KİV-i bildirib ki, görüş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşündən sonra, yəni, sentyabr ayında baş tutacaq.

Xatırladaq ki, avqustun 30-da Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya üzrə Dövlət Komissiyasının və Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci iclası keçirilib.