Erkin Qədirlinin nəticələri ləğv edilir? – Fors-major…

Erkin Qədirlinin nəticələri ləğv edilir? - Fors-major...

Parlament seçkilərindən bir həftəyə yaxın vaxt keçsə də, nəticələr və bütövlükdə seçki ilə bağlı müzakirələr hələ də davam edir.

Belə müzakirələrdən biri də REAL partiyasından seçkidə iştirak etmiş Erkin Qədirli ilə bağlıdır. O, 16 Saylı Yasamal İkinci Seçki Dairəsində lider namizəd olsa da, səsvermədə iştirak edən seçicilərin sayının şişirdildiyini bildirib. Buna görə də 6 məntəqənin nəticələrinin ləğvi üçün Dairə Seçki Komissiyasına müraciət edib.

Bu müraciət onun dairəsində nəticənin ləğvinə səbəb ola bilər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan REAL Partiyasının katibi Natiq Cəfərli deyib ki, 6 məntəqənin nəticəsinin ləğv olunması ümumi nəticəyə təsir etmir:

Erkin Qədirlinin nəticələri ləğv edilir? - Fors-major...

Natiq Cəfərli

“Ümumi nəticələrə görə, Erkin Qədirli 40-a yaxın məntəqədə qalib gəlib. Sadəcə, 6 məntəqədə seçkiyə gələn şəxslərin sayı ilə bağlı şübhələr var. Belə ki, seçkiyə gələn vətəndaşların sayı ilə rəsmi rəqəmlər arasında fərq yaranıb. Bununla bağlı məsələni gündəmə gətirib. Dairə Seçki Komissiyası da məsələyə baxıb qərar verəcək. Digər 34 məntəqədə normal seçki keçirilib və nəticələr də qənaətbəxşdir”.

Globalinfo.az məsələ ilə bağlı MSK-ya sorğu göndərib. Qurumdan cavab verilsə, dərc edəcəyik.

Safura Bənnayeva
Globalinfo.az