Ərəb ölkələri təcili toplanır – Trampın Qəzza planı suya düşür?

Ərəb ölkələri təcili toplanır – Trampın Qəzza planı suya düşür?

Ərəb ölkələri Qəzza ilə bağlı toplantı keçirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Yaxın Şərq Xəbər Agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, buna səbəb ABŞ Prezidenti Donald Trampın fələstinliləri Qəzza zolağından çıxarmaq və bölgəyə nəzarəti ələ keçirməklə bağlı fikirləri olub.

Məlumata görə, fevralın 20-də Ər-Riyadda, 27-də isə Qahirədə keçiriləcək sammitlərdə alternativ həll yolları işlənəcək:

“Mənbələrdən bildirilib ki, Misir Qəzzada yenidənqurma prosesini idarə etmək üçün müvəqqəti komitə yaradacaq. Körfəz ölkələrinin maliyyələşdirdiyi və 3-5 ilə başa çatdırılması gözlənilən yenidənqurma prosesinin Misir şirkətləri tərəfindən idarə olunması və fələstinlilərin çalışacağı gözlənilir”.

Nəşr toplantıya Misir, İordaniya, Qətər və Birləşmiş Ərəb Əmirlikləri liderlərinin qatılacağını bildirib:

“Fevralın 27-də Misirin paytaxtı Qahirədə keçiriləcək Ərəb Liqasının sammitində planın təfərrüatlarının açıqlanacağı gözlənilir. Ərəb ölkələrindən olan diplomatlar iddia edir ki, yeni plan 5 il ərzində Qəzza xalqı və torpaqları üzərindəki nəzarətin tamamilə aradan qaldırılmasını nəzərdə tutur”.

Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubionun bu həftə Yaxın Şərq turu çərçivəsində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcəyi gözlənilir.

Əliyar Xəlil
Globalinfo.az