Ərəb İslam Şurası rəhbərindən Nəsrullahın qətli haqda SENSASİYA – VİDEO

Ərəb İslam Şurası rəhbərindən Nəsrullahın qətli haqda SENSASİYA - VİDEO

Ərəb İslam Şurasının Livandakı baş katibi Məhəmməd Əli əl-Hüseyninin “Hizbullah”ın öldürülmüş lideri Həsən Nəsrullahın qətlindən öncə açıqlamalar verdiyi məlum olub.

Globalinfo.az xəbər verir ki, o iki gün əvvəl “Əl-Ərəbiyyə” televiziyasında çıxış edərək Nəsrullahın onu dəstəkləyənlər tərəfindən satıldığını bəyan edib və öldürüləcəyinin anonsunu verib.

“Sənə səslənirəm: ailəni yığ və vəsiyyətini yaz. Səni satın alan, bu gün səni satdı. Bir bilsən, İranın sənin haqqında nələr dediklərini, sənin haqqında nə məlumatlar sızdırdığını, kəllən qarşılığında nələr tələb etdiyini, əmin ol, vəziyyət tərsinə dönər və hər şey alt-üst olar. Ancaq bil ki, bu gecədən etibarən bir nömrəli hədəf sənsən. O səbəbdən, vəsiyyətini yaz.

Dön, bax, Qüdsə girməyin ilə bağlı bütün xəyalları kim sənə fısıldadı və kim səni aldatdı?” – Hüseyni bildirib.