Ərdoğanla əş-Şara görüşdü – YENİLƏNİB

Ərdoğanla əş-Şara görüşdü – YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd əş-Şara ilə görüşündə Türkiyənin Suriyada yenidən xaosun baş verməsini istəyənlərə imkan verilməməsini məmnunluqla qarşıladığını, qarşıdakı illərin Suriyada sabitliyin, rifahın və əmin-amanlığın təmin olunduğu illər olacağını bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Görüşdə Türkiyə-Suriya ikitərəfli münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan bildirib ki, Türkiyə Suriyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyaların aradan qaldırılması üçün diplomatik səylərini davam etdirəcək. O, həmçinin Suriya ilə ticarət və iqtisadi sahədə əməkdaşlığın canlandırılması üçün səylərin artırılmalı olduğunu, digər sahələrdə də atılacaq addımların nəzərdən keçirilə biləcəyini vurğulayıb.

Prezident Ərdoğan əlavə edib ki, Türkiyə Suriyanın yenidən sabitliyə qovuşması üçün indiyə qədər olduğu kimi bundan sonra da dəstəyini davam etdirəcək.

***

21:08

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd əş-Şara ilə görüşüb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Prezidentlər Antalyada keçirilən Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.

Görüş Ərdoğanın qaldığı hoteldə mətbuata qapalı formada keçirilib.

Aysel Əliyeva
Globalinfo.az