Ərdoğana 3 Osmanlı sultanını “xatırlatmışdı” – Bu da cavabı

Həmçinin oxuyun:

“Ağlıma da gəlməzdi ki…” – Ərdoğana görə tutulan Fatih Altaylının ilk ifadəsi

Ərdoğana 3 Osmanlı sultanını "xatırlatmışdı" - Bu da cavabı

Türkiyədə jurnalist Fatih Altaylının saxlanılması ilə bağlı yayılan iddialarla əlaqədar rəsmi qurum tərəfindən açıqlama verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Rabitə İdarəsinin Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Altaylının iştirakı ilə baş tutan məhkəmə prosesi barədə sosial media vasitəsilə ictimai fikrə təsir göstərməyə yönəlmiş təşviqat kampaniyası aparılır.

Məlumata əsasən, Altaylı ictimaiyyət arasında çaşqınlıq yaratmağa səbəb olan ifadələr səsləndirib:

“…yaxın dövrə deyil, uzaq keçmişə nəzər salın; bu xalq padşahını boğmuş xalqdır. Öldürülmüş, sui-qəsdə məruz qalmış, “intihar” kimi təqdim olunan Osmanlı hökmdarları az deyil”.

Açıqlamada qeyd edilib ki, Altaylının bu sözləri konkret sual fonunda səsləndirməsi və hansı mənanı nəzərdə tutduğu açıq şəkildə görünür. Buna rəğmən, onun sadəcə tarixi bir epizodu xatırlatdığına dair iddiaların reallığı əks etdirmədiyi vurğulanıb.

Qeyd edək ki, Osmanlıda Sultan İbrahim (“Dəli İbrahim”) və II Osman boğularaq öldürülüb. Sultan Əbdüləzizin isə intihar etdiyi deyilir. Lakin onun damarlarının başqaları tərəfindən kəsildiyi də iddia edilir.

Xatırladaq ki, Fatih Altaylı yutub kanalında çəkdiyi videoda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhdid etdiyi iddiası ilə İstanbul Baş Prokurorluğu tərəfindən “prezidenti hədələmək” ittihamı ilə saxlanılmışdı.

Əliyar Xəlil
Globalinfo.az