Emoməli Rəhmon: “Tacikistan və Rusiya arasında həll olunmayan problem qalmayıb”

“Tacikistan və Rusiya arasında həll olunmayan problem qalmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu Kazanda Rusiya lideri Vladimir Putinlə görüşündə Tacikistan Prezidenti Emoməli Rəhmon deyib:

“Bizim praktiki olaraq həll olunmayan problemimiz yoxdur. Bəzi nüanslar var. Düşünürəm ki, bu gün biz müzakirələr aparıb, qarşılıqlı məqbul həll yollarını tapacağıq”.

Rəhmon qeyd edib ki, iki dövlət arasında münasibətlər Tacikistan prezidentinin 2023-cü ildə Moskvaya rəsmi səfəri zamanı ətraflı müzakirə olunub.

Xatırladaq ki, Emoməli Rəhmon fevralın 21-də Kazana işgüzar səfərə gəlib. Onun həmçinin Tatarıstan rəhbərliyi ilə görüş keçirəcəyi də planlaşdırılır.

Əliyar Xəlil
Globalinfo.az