Əminə Ərdoğandan zəlzələ ilə bağlı paylaşım

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Hatayın Dəfnə və Samandağ rayonlarında baş verən yeni zəlzələlərlə bağlı Tvitter hesabında paylaşım edib.

Globalinfo.az xəbər verir ki, paylaşımda deyilir:

“Ağrımız təzə ikən Hatayda baş verən və ətraf şəhərlərimizdə də hiss olunan zəlzələ xəbəri məni çox kədərləndirdi. Bütün zərər çəkmiş vətəndaşlarımıza ən xoş arzularımı göndərirəm. İnşallah, can itkisi olmaz. Xəsarət alan vətəndaşlarımıza tezliklə şəfa diləyirəm”.

Qeyd edək ki, yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 və 5,8 bal gücündə ardıcıl güclü zəlzələlər baş verib, 5 bal civarında afterşoklar olub.

İlkin məlumata görə, bu zəlzələdə 3 nəfər həlak olub, 213 nəfər yaralanıb.