“Embraer” şirkəti qəza ilə bağlı bəyanat verdi

“Embraer” şirkəti qəza ilə bağlı bəyanat verdi

Təyyarə istehsal edən “Embraer” şirkəti Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı səlahiyyətli qurumlarla əməkdaşlığa hazır olduğunu bildirib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, bu barədə şirkətin bəyanatında deyilir.

“Bu hadisədən zərərçəkmişlərin ailələrinə, dostlarına, iş yoldaşlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz vəziyyəti izləyirik və səlahiyyətli orqanlara dəstək verməyə tamamilə hazırıq”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.