Xuliqanlıq əməlində ittiham edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Əlizamin Salayevə hökm oxunub.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qaradağ Rayon Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bildirilir ki, həbsinə etiraz olaraq Ə.Salayev 3 aydan çoxdur ki, aclıq aksiyası keçirir.
Qeyd edək ki, Əlizamin Salayev fevralın 7-də saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə (xuliqanlıq – silah və ya silah kimi istifadə olunan əşyalardan istifadə ilə zərərçəkmişə qarşı güc tətbiqi) cinayət işi başlanılıb.
Globalinfo.az xatırladır ki, Əlizamin Salayev AXCP sədri Əli Kərimlinin yaxın adamlarındandır. Ə.Kərimli demək olar hər gün özünün Facebook hesabında Ə.Salayevlə bağlı paylaşımlar edir. Onun uzun müddətdir aclıq etdiyini bildirir, yaxınlarda həyatını itirə biləcəyi barədə SOS siqnalı verir.














