Rusiyanın “Lukoyl” şirkətlər qrupunun Ural bölgəsi üzrə rəhbəri, tanınmış azərbaycanlı iş adamı Əhməd Hacıyev hazırda hüquq-mühafizə orqanları tərəfindən Moskvaya aparılır.
Globalinfo.az xəbər verir ki, onun saxlanılması və paytaxta gətirilməsi ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib.
Əhməd Hacıyev “Lukoyl” şirkətlər qrupunun regionda əsas fiqurlarından biri kimi tanınır.
Qeyd edək ki, şirkətin qurucusu və ən böyük sərmayədarı Azərbaycanın əsilli məşhur oliqarx Vahid Ələkbərovdur – o, eyni zamanda Rusiyanın ən varlı iş adamlarından biri hesab olunur.
Tahir Turan
Globalinfo.az
***
20:46
Rusiyanın hüquq-mühafizə orqanları “Lukoyl” şirkətlər qrupunun Ural bölgəsindəki istehsalat birliyinin rəhbəri Əhməd Hacıyevi saxlayıb.
Globalinfo.az-ın xəbərinə görə, Hacıyevin saxlanılma səbəbi hələlik açıqlanmayıb.
Tahir Turan
Globalinfo.az














