Bildiyimiz kimi, Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Əfv olunan şəxslər arasında tanınan məhbusların yer almaması müzakirələrə səbəb olub.
Mövzunu Globalinfo.az-a şərh edən deputat Fazil Mustafanın sözlərinə görə, siyahıda tanınmış siyasətçilərin adının olmaması o deməkdir ki, hər biri azadlıqdadır.
Deputat deyib ki, siyahıda müxtəlif insan hüquqları təşkilatlarının siyahısında adlar yer alır:
“Həmin adamların hamısı konkret olaraq siyasi məsələlərlə həbs olunan kimi xarakterizə olunmaya bilir. Bunu dəqiqləşdirmək lazımdır. Amma hər halda məsələyə Əfv Komissiyasına təqdim olunan siyahı üzrə baxılır və məhkumları buna görə azadlığa buraxırlar. Bu səbəbdən hesab edirəm ki, burada təəccüblü heç nə yoxdur. Əfv Komissiyasının siyahısından kənarda məhkəmə qaydasında əgər belə bir şəxslər varsa, onlar da azad oluna bilərlər. Siyahı üzrə baxdıqda o siyahıda mənim tanıdığım ictimai-siyasi fəallığı olan heç birinin adı yox idi”.
Zaira Akifqızı
Globalinfo.az














