Ədliyyə nazirinə yeni müşavir təyin edildi – FOTO

Ədliyyə Nazirliyində yeni təyinat olub.

Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən  bildirilib.

Məlumata görə, ədliyyə nazirinin müvafiq əmri ilə Elvin Hətəmzadə nazirin müşaviri vəzifəsinə təyin edilib.

Elvin Hətəmzadə 1987-ci ildə anadan olub. ABŞ-ın Park Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, Vaşinqton Universitetinin hüquqşünaslıq ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib.

2012-2020-ci illərdə Dövlət Neft Şirkətinin Hüquq İdarəsində müxtəlif vəzifələrdə işləyib. 2020-ci ilin iyun-oktyabr aylarında Ali Məhkəmədə Beynəlxalq əlaqələr şöbəsinin müdiri, həmin ilin oktyabrından isə Ali Məhkəmənin Aparat rəhbəri vəzifələrində çalışıb.

Həmçinin 2016-2020-ci illərdə ADA Universitetində pedaqoji fəaliyyətlə məşğul olub, bir sıra elmi-tədqiqat məqalələrinin müəllifidir.

Elvin Hətəmzadə ABŞ-ın Nyu-York ştatının və Vaşinqton federal dairəsinin Vəkillər Kollegiyasının, ABŞ-ın Nyu-York ştatının Vəkillər Assosiasiyasının və Amerika Vəkillər Assosiasiyasının üzvüdür.