Pavel Durovun həbsi ABŞ kəşfiyyatının işidir.
Globalinfo.az xəbər verir ki, bunu avstraliyalı deputat, “Vikiliks”in rəhbəri Culian Assancın tərəfdarı Edrian Makrey deyib.
“Əlbəttə, Durovun həbsi ABŞ kəşfiyyatının işidir. Onlar Teleqrama Vatsap və META-nın digər platformalarında olduğu kimi “gizli giriş” əldə etmək istəyirlər”, – Makrey bildirib.
Qeyd edək ki, Durov dünən Parisdə hava limanında saxlanıb. O, terrorizmdə, narkotrafik və digər şeylərdə ittiham olunur. Fransa mətbuatı onun Parislə əməkdaşlıqdan imtina etdiyi üçün saxlandığını yazıb. Əgər iddialar təsdiqlənərsə, Durovu Fransada 20 il həbs gözləyir.














