varli

Nüfuzlu “Forbes” jurnalı dünyanın ən varlı adamlarının reytinqini hazırlayıb.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, nəşr 2025-ci ilin varlıları siyahısına 3028 milyarderin adını daxil edib. Onların hər biri ən azı 1 milyard dollar və ya daha çox sərvətə malikdirlər.

Dünya zənginlərinin ümumi sərvəti 2024-cü ildəkindən təxminən 2 trilyon dollar artaraq 16,1 trilyon dollara çatıb.

ABŞ-da rekord sayda – 902 milyarder var. İkinci yerdə Çin milyarderləri (516 nəfər), üçüncü yerdə Hindistan milyarderləri (205) gəlir.

Dünyanın ən varlı adamlarının reytinqində lider dəyişib. Bir il əvvəl siyahıya “Louis Vuitton Moët Hennessy” şirkətinin prezidenti Bernard Arnault başçılıq edirdi. 2025-ci ildə fransızın sərvəti 233 milyard dollardan 178 milyard dollara qədər azalıb və o, 5-ci yerə düşüb.

2025-ci ildə dünyanın ən varlı adamı kimi 1-ci yeri “Tesla” və “Space X” şirkətlərinin, eləcə də X sosial şəbəkəsinin sahibi amerikalı İlon Mask tutur. Onun sərvəti 195 milyard dollardan 342 milyard dollara yüksəlib.

İkinci yeri 216 milyard dollarla Mark Zukerberq (Rusiyada ekstremist kimi tanınan və fəaliyyəti qadağan edilmiş “Meta” şirkətinin sahibi) tutub.

Üçüncü yeri “Amazon” onlayn mağazasının sahibi Ceff Bezos (215 milyard dollar) tutub.

Dünyanın ən varlı 10 adamının siyahısını təqdim ediirk:

1743574763 487933909 636007172738823 5918543587510112573 n
1. İlon Mask – 342 milyard dollar (“Tesla” və “Space X” şirkətlərinin, eləcə də X sosial şəbəkəsinin sahibi, ABŞ)

1743574819 488001630 1322169105929174 2574241191033654646 n
2. Mark Zukerberq – 216 milyard dollar (“Meta” şirkətinin sahibi, ABŞ)

1743574818 488150072 696098576413192 5972747834080486957 n
3. Ceff Bezos – 215 milyard dollar (“Amazon” onlayn mağazasının sahibi, ABŞ)

1743574846 488248088 9511676045587385 2593018545020924234 n
4. Larri Ellison – 192 milyard dollar (“Oracle”ın baş direktoru, ABŞ)

1743574883 487959164 546171175169609 6814617966645704845 n
5. Bernard Arnault – 178 milyard dollar (“Louis Vuitton Moët Hennessy” şirkətinin prezidenti, Fransa)

1743574965 487927480 1356114635580283 937175011913113496 n
6. Uorren Baffet – 154 milyard dollar (“Berkshire Hathavay” şirkətinin baş direktoru, ABŞ)

1743574960 487993337 1379326186416260 8458424714046524508 n
7. Larri Peyc – 144 milyard dollar “Google” şirkətinin həmtəsisçisi, ABŞ)

1743575021 487781827 974554891475604 3658254704135881786 n
8. Sergey Brin – 138 milyard dollar (“Google” şirkətinin həmtəsisçisi, ABŞ)

1743575016 488469865 673903791765928 5370830439893655992 n
9. Amansio Orteqa – 124 milyard dollar (“Inditex” şirkətinin təsisçisi (“Zara”, “Massimo Dutti” və s. brendlər), İspaniya)

1743575074 488040933 1169477914818743 1184713012701747389 n
10. Stiv Balmer – 118 milyard dollar (“Microsoft” şirkətinin keçmiş baş direktoru, ABŞ)

Paylaş: