Yediyimiz, içdiyimiz və istifadə etdiyimiz məhsulların arxasında cəmi üç nəhəng şirkət dayanır: “BlackRock”, “The Vanguard Group” və “State Street”.
Globalinfo.az xəbər verir ki, bu barədə “BİTCOŞAR” kanalı məlumat yayıb.
“Google, bir-birinin əzəli rəqibi olan “Microsoft” və “Apple”, marketlərdən aldığımız “Coca-Cola” və “Pepsi”, eləcə də “Disney”, “Netflix”, “McDonald’s” və “Burger King” kimi nəhəng brendlər də bu üç şirkətlə əlaqəlidir.
“Vanguard”, “BlackRock” və “State Street”dən ibarət bu nəhəng üçlüyün ABŞ-ın ən böyük 500 şirkətinin 88 faizində pay sahibi olduğu bildirilir. Həmin şirkətlərdə təxminən 25 milyon insan çalışır. Üçlük ümumilikdə 32 trilyon dollar həcmində aktivləri idarə edir.
ABŞ-ın 300 milyondan çox əhalisi olan iqtisadiyyatında bu üç maliyyə nəhənginin təsiri olduqca böyükdür. Bəs bu şirkətlərin əsl sahibləri kimlərdir? Onlar özləri özlərinin sahibləridir. Beləliklə əsl sahiblərini maskalayırlar”.
Safura Bənnayeva
Globalinfo.az
