hakim

Ötən gün gecə saatlarında Yevlax rayonu ərazisində qəzaya düşən futbol hakimimiz Ceyhun Haşımovla bağlı maraqlı bir fakt üzə çıxıb.

Globalinfo.az bildirir ki, Azərbaycanın nüfuzlu hakimlərindən olan C.Haşımovun 2010-cu ildə verdiyi bir qərar yenidən gündəmə gəlib.

Belə ki, o, həmin il keçirilən “Qarabağ” – “Muğan” görüşündə matçı ilk hissəsini 45 dəqiqəsi tamam olmadan, 43-cü dəqiqədə dayandırıb.

Komandalar fasilədən qayıdarkən isə qapılar dəyişməyib və ilk hissədən qalan 2 dəqiqə oynanılıb, sonra birinci yarı yekunlaşıb. Lakin fasilə olmayıb və qapılar dəyişib, ikinci hissə start götürüb.

Həmin vaxt Azərbaycan futbol ictimaiyyətində maraqla qarşılanan bu olayın dünyada nadir hallarda baş verdiyi bildirilir.

Xatırladaq ki, Yevlaxın Tanrıqulular kəndində “Opel” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Elmin Vilayət oğlu Süleymanov, 1984-cü il təvəllüdlü Babayev Rəsul Sərvan oğlu, 1974-cü il təvəllüdlü Haşımov Ceyhun Səfər oğlu, 1999-cu il təvəllüdlü Abdullayev Asif Abdulla oğlu və 1984-cü il təvəllüdlü Rəcəbov Rövşən Kərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu isə aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Paylaş: