Dövlətə xəyanətdə təqsirləndirilən Orxan Abdullayevin cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Globalinfo.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış iclası sentyabrın 6-na təyin olunub.
Qeyd edək ki, Orxan Abdullayevə qarşı Cinayət Məcəlləsinin 177 (oğurluq), 274 (dövlətə xəyanət), 283 (milli, irqi və dini ədavətin qızışdırılması) maddələri üzrə ittiham irəli sürülüb.














