Yevlaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məxsus avtobusla minik avtomobili toqquşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
TƏBİB-dən bildirilib ki, 15 may saat 13:50 radələrində 5 nəfər (4 qadın cinsli, 1 kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Hazırda 1 nəfərin vəziyyəti orta ağır, 4 nəfərin vəziyyəti isə stabildir.
***17:48
Yevlaxda Şamaxı rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin avtobusu qəzaya uğrayıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, hadisə Yevlax rayon Nemətabat kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Ramin Qarayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin avtobusu ilə hərəkətdə olarkən 1974-cü il təvəllüdlü Söhrab Süleymanovun idarə etdiyi “Niva” markalı minik maşını ilə toqquşub.
Nəticədə “Niva” markalı avtomobildə olan sürücünün 1977-ci il təvəllüdlü həyat yoldaşı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.





















