Dostları Ümidi son mənzilə “avtoş”luqla yola saldı – VİDEO

Dostları Ümidi son mənzilə "avtoş"luqla yola saldı - VİDEO

Xəbər verildiyi kimi, yanvarın 12-dən 13-nə keçən gecə Gəncədə Ümid Əlizadə adlı 24 yaşlı oğlan özünü asaraq həyatına son qoyub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, gəncin dəfn mərasimində xüsusi bir məqam diqqət çəkib.

Belə ki, Şəmkir rayonunun Çinarlı qəsəbəsində dəfn zamanı mərhumun dostları “avtoş”luq ediblər.

Xatırladaq ki, bundan öncə Ümid Əlizadənin son mənzilə musiqi sədaları altında yola salındığı, həmçinin tabutunu “gəlin maşını”nın müşayiət etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.