Dollar dövrü bitir, yeni mərhələ başlayır – Azərbaycanın qlobal fəlakətlə bağlı ssenarisi

Dollar dövrü bitir, yeni mərhələ başlayır – Azərbaycanın qlobal fəlakətlə bağlı ssenarisi

İki həftə öncə Şərq Bloku Astanada ŞƏT çərçivəsində bir araya gəldi. Qərbə, bütün dünyaya əzələ nümayiş edildi. Azərbaycan da o toplantıda ciddi performans nümayiş etdirdi.

İyulun 18-də isə Qərb Bloku İngiltərədə toplaşdı. Maraqlıdır ki, Azərbaycan hər iki blokun toplantısında iştirak edir.

Rəsmi Bakı balans siyasətinə sadiqdir? Azərbaycan hansı blokda təmsil olunacaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, dünyada qlobal savaş və müxtəlif cəbhələrin formalaşması dövlətlərarası münasibətlər sisteminə ciddi təsir edir:

“Yeni ittifaqlar yaranır, yaxud köhnə ittifaqlarda çatlar meydana çıxır və bu proses daha da dərinləşəcək. Bütün bunlar əsasən petrodollar sisteminin çöküşü və onun gətirəcəyi qlobal iqtisadi-siyasi dağıntılarla bağlıdır. Savaşların, qarşıdurmaların, gərginliklərin kökündə əsasən bu amil dayanır.

Dünyada proses yaradan güclər və dövlətlər var və hər bir dövlət öz imkanlarını doğru dəyərləndirmədən oynasa fəlakətə sürüklənə bilər:

Təkcə Ukrayna örnəyi bunu təsdiq edir. Öz imkanlarını doğru dəyərləndirən ölkələr isə qlobal böhranı öz lehinə çevirə bilirlər. Bunun örnəyini isə Azərbaycan təşkil edir. Yəni bir-birinə zidd iki örnək ölkəni göstərməklə əslində biz, atılan addımlarla bağlı müəyyən təsəvvür yarada bilərik”.

Dollar dövrü bitir, yeni mərhələ başlayır – Azərbaycanın qlobal fəlakətlə bağlı ssenarisi

Ə.Zülfüqaroğlu əlavə edib ki, Amerika Birləşmiş Ştatlarını idarə edən FED-in dollar imperiyasının çöküş prosesinə qədəm qoyması daha aqressiv siyasət yürüdülməsinə gətirib çıxarır:

“FED hazırkı ABŞ hökumətinin timsalında çalışır ki, çoxqütblü dünya formalaşmasın. Dünyada baş verən anormallıqlar məhz bu səbəbdən yaradılır. BRİKS, Avrasiya İqtisadi İttifaqı və s. kimi Qərbə alternativ güc olaraq formalaşan təşkilatlar ABŞ başda olmaqla Qərbi ciddi şəkildə narahat edir. Çünki bu təşkilatlar petrodollar sisteminn çöküşünü sürətləndirəcək. Dollara alternativ valyutalar yaranacaq, bununla da təkqütblü dünya sona çatacaq. Az öncə dediyim kimi, bu proses hadisələrin gedişini doğru dəyərləndirməyən ölkələri fəlakətə sürükləyəcək, hadisələri doğru hesablayan ölkələr isə bundan qazanclı çıxacaq. Ona görə də alternativ güclərin fəaliyyətinə qarşı əks fəaliyyət yürüdülür. Londonda təşkil olunan tədbiri də bu kontekstdə dəyərləndirmək olar”.

Ə.Zülfüqaroğlunun sözlərinə görə, Azərbaycan maksimum çalışır ki, qarşıdurmanın tərəfi olmasın və özünü təhdidlərdən sığortalasın:

“Eyni zamanda müstəqil siyasət yürüdür və öz maraqlarını təmin etmək üçün bütün platformalardan yararlanmağa çalışır. Ona görə də Azərbaycan istədiyi təşkilatlarla əməkdaşlıq edə və istənilən toplantılara qatıla bilər”.

Turan Rzayev
Globalinfo.az