DİQQƏT: Bu şəxsləri işə götürməyənlər cərimə olunur

DİQQƏT: Bu şəxsləri işə götürməyənlər cərimə olunur

“Fiziki məhdudiyyətli şəxslərin qanunla işə götürülməsi mümkündür və müəyyən bir hissəsi işlə təmin olunmalıdır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri “Bazar Store” marketlər şəbəkəsinin dəstəyi ilə “COP29 və Media” mövzusunda təşkil olunan təlimdə çıxış edən təlimçi Vüqar Baba deyib.

Onun sözlərinə görə, əlilliyi olan şəxsləri işə götürməyənlər cərimə edilə bilər:

“Qanunvericiliyin bu tələbini yerinə yetirməyən, fiziki məhdudiyyətli şəxsləri işə qəbul etməyən şirkətlər dövlətə cərimə ödəyir. Bunu dövlət həm də icbariləşdirir. Bir çox şirkətlər isə bu qəbildən olan insanları könüllü olaraq işə götürür, layihələr həyata keçirirlər”.

Zaira Akifqızı
Globalinfo.az