DİQQƏT! Bu gün bu ərazilərdə qaz olmayacaq    

DİQQƏT! Bu gün bu ərazilərdə qaz olmayacaq    

Noyabrın 23-də Bakının bəzi ərazilərində qaz təchizatı məhdudlaşdırılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, “Tiflis prospekti” ölçü qovşağından qidalanan orta təzyiqli qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar qeyd olunan kəmərdə 23.11.2023-cü il tarixdə saat 09:30-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Qeyd edilib ki, təmir işləri görülən müddətdə Binəqədi rayonunun 6-cı və 9-cu mikrorayonlarının, Xutor yaşayış massivinin, M.Rəsulzadə qəsəbəsinin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.